Finss.az xəbər verir ki, ABŞ-ın sabiq prezidenti Donald Tramp ölkədə fəaliyyət göstərən şirkətlərin rüblük hesabat vermə praktikasından imtina edilməsini və onun yarımillik hesabatlarla əvəz olunmasını təklif edib. O, bu fikrini Truth Social platformasında paylaşaraq, təşəbbüsün şirkətlər üçün qənaət, menecerlər üçün isə daha effektiv idarəetmə imkanı yaradacağını bildirib.
Tramp qeyd edib ki, SEC (Qiymətli Kağızlar və Birja Komissiyası) bu dəyişikliyi təsdiq etdiyi təqdirdə, korporasiyalar hər 6 aydan bir hesabat təqdim edə bilərlər. Onun fikrincə, bu, şirkətlərin uzunmüddətli strateji planlamaya fokuslanmasına şərait yaradacaq.
Tramp həmçinin vurğulayıb ki, Çin şirkətləri 50-100 illik perspektivdə plan qururlar və ABŞ şirkətləri də bu düşüncə tərzinə yaxınlaşmalıdır.